MƏDƏNİYYƏT
Bakıda “Riqoletto” operası nümayiş olunacaq
Bakı, 24 noyabr, AZƏRTAC
Dekabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, Ukrayna Milli Operasının solistləri də iştirak edəcəklər. Belə ki, tamaşada Riqoletto partiyasını Ukraynanın Əməkdar Artisti Pyotr Primak, Hersoq partiyasını isə Ukraynanın Əməkdar Artisti Dmitri Kuzmin ifa edəcək.
Səhnə əsərində Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Əkrəm Poladov, Səbinə Əsədova və gənc solist Nina Makarova da çıxış edəcək.
Operanın dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]