MƏDƏNİYYƏT


Bakıda Rusiyanın tanınmış aktyorlarının yaradıcılıq gecəsi təşkil olunacaq

A+ A

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 29-da Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Rusiyanın Xalq Artisti, görkəmli teatr və kino aktyoru, Azərbaycanın Fəxri Mədəniyyət İşçisi Emmanuil Vitorqan və tanınmış aktrisa İrina Vitorqanın yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Hər şeyə görə minnətdaram” adlı tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Gecədə sənətkarların yaradıcılığından danışılacaq, Azərbaycan və Rusiya mədəniyyətinin qarşılıqlı əməkdaşlığındakı xidmətlərindən söz açılacaq.

Tədbir Xalq Artisti Teymur Göycayevin rəhbərliyi ilə Q,Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsert proqramı ilə davam edəcək.

Qeyd edək ki, 1939-cu il dekabrın 27-də Bakıda anadan olan Emmanuil Vitorqan 100-dən çox ekran əsərinə çəkilib. O, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində bir sıra tamaşalarda çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.