MƏDƏNİYYƏT
Bakıda “Səs dalğaları” adlı musiqi festivalı təşkil olunub
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Beynəlxalq Muğam Mərkəzində “Səs dalğaları” adlı Bakı Etno musiqi festivalı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, musiqi festivalı yunan və azərbaycanlı musiqiçilərinin birgə iştirakı ilə keçirilib.
Tədbirdə Yunanıstanın ölkəmizdəki səfiri Dimitrios Tsoungas çıxış edərək Azərbaycan ilə Yunanıstan arasında mədəni əlaqələrin mövcud vəziyyəti, perspektivləri, qarşılıqlı əməkdaşlıq məsələlərindən söz açıb.
Səfir, həmçinin iki ölkə arasında qarşılıqlı mədəni əlaqələrin yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Festivalda ənənəvi folk musiqi nömrələri səsləndirilib.
Yunanıstandan olan məşhur müğənnilər xanım Eleni və Suzana Vougiouklilər Azərbaycanın tanınmış ifaçıları Kamilə Nəbiyevə, Rövşən Qurbanov və Ceyhun Muradov ilə eyni səhnəni bölüşüb.
Xarici və yerli qonaqların qatıldığı musiqi festivalı maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]