MƏDƏNİYYƏT


Bakıda “Söhrab Tahir- 90” adlı kitab sərgisi açılıb

A+ A

Bakı, 6 avqust, AZƏRTAC

M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq Şairi Söhrab Tahirin anadan olmasının 90 illiyinə həsr olunmuş “Söhrab Tahir- 90” adlı kitab sərgisi açılıb.

AZƏRTAC Milli Kitabxananın saytına istinadla xəbər verir ki, sərgidə unudulmaz qələm adamının poetik istedadını əks etdirən şeir kitabları və seçilmiş əsərləri nümayiş olunub. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Şairin 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi-elmi-publisistik məqaləsi çap olunub. Bununla yanaşı, onun bir sıra xarici ölkələrdə də kitabları nəşr edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.