MƏDƏNİYYƏT


Bakıda “Sosial-iqtisadi inkişafda mədəni irsin rolu; fandreyzinq” mövzusunda treninq keçirilib

Bakı, 22 iyul, AZƏRTAC

“Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adı altında reallaşan tvininq layihəsi çərçivəsində növbəti treninq sessiyası keçirilib.

Milli İncəsənət Muzeyindən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin Avropa İttifaqı ilə birgə icra etdiyi layihənin budəfəki dördgünlük sessiyası “Sosial-iqtisadi inkişafda mədəni irsin rolu; fandreyzinq” mövzusuna həsr edilib.

Sessiyada qeyri-kommersiya təşkilatlarının maliyyə vəsaitinin cəlb olunmasında fandreyzinqin rolu və tətbiqi, donorla münasibətlərin qurulması üsulları, təşkilatları donorlar üçün cəlbedici edən amillər, donorlara təqdim olunan layihənin dəyərini əsaslandıran inandırıcı sübutun irəli sürülməsi və digər mövzular müzakirə edilib.

Seminar çərçivəsində “İqtisadi nəzəriyyəsi, mədəni irsin tərifi”, “Mədəni irs ərazisi və iqtisadi inkişaf arasında əlaqə”, “Mədəni irs sektoruna əlavə maliyyə vəsaitlərinin cəlb olunmasında aparıcı beynəlxalq təşkilatlar” və “Tərəfdaş axtarışı və Avropa İttifaqının maliyyə imkanlarına dair məlumatların əldə olunması” mövzularında məruzələr dinlənilib.

Layihənin məqsədi Azərbaycan muzeylərini periferik mədəniyyət sektorundan ölkənin mədəni və iqtisadi həyatında müstəqil iştirakçıya çevirərək ölkənin sosial vəziyyətinin inkişafına və turist potensialının möhkəmlənməsinə dəstək olmaqdır.

Qeyd edək ki, cari ildə tvinninq layihəsi çərçivəsində beş treninq sessiyası gerçəkləşib. Yüzdən çox mədəniyyət işçisinin iştirak etdiyi layihədə, həmçinin mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasına yönədilmiş təlimlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.