İQTİSADİYYAT


Bakıda “Soyuducu anbarlar və soyuducu təchizat zənciri” mövzusunda seminar keçirilib

A+ A

Bakı, 9 sentyabr, Elvin Camalov, AZƏRTAC

Sentyabrın 9-da Ümumdünya Soyuducu Anbarlar Alyansının mütəxəssisləri (ÜSAA) Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatı sahəsinin inkişafına dəstək olaraq qida saxlanması və daşınması prosedurlarını modernləşdirməyə yardım məqsədilə Bakıda “Soyuducu anbarlar və soyuducu təchizat zənciri” mövzusuna həsr olunmuş seminar keçiriblər.

AZƏRTAC xəbər verir ki, seminarda Azərbaycanın 50-yə yaxın sənaye mütəxəssisi iştirak edir. Tədbirdə ÜSAA mütəxəssisləri soyuducu anbarlar sahəsində qlobal tendensiyalar və ən yaxşı təcrübələri təqdim edib, müzakirələr aparılıb. Mütəxəssislər soyuducu anbarlar sahəsində yeni innovasiyalar, texnologiyalar, həmçinin enerjiyə qənaət və effektivliyin optimallaşdırılması yolları barədə məlumat verib.

Ümumdünya Soyuducu Anbarlar Alyansının (ÜSAA) vitse-prezidenti Riçard Treysi bildirib ki, ÜSAA olaraq Azərbaycanda aqrobiznesin potensialının genişləndirilməsinə və kənd təsərrüfatı məhsullarının həm Azərbaycan, həm də xaricə çıxarılmasına yardım göstərməyə çalışılacaq.

“ÜSAA-nın 75 ölkədə təmsilçiliyi var. Bizim əsas məqsədimiz bütün dünyada qidanın təhlükəsiz şəkildə nəql edilməsini təmin etməkdir. Biz 5-6 kənd təsərrüfatı müəssisəsinə baş çəkmişik. Burada olan soyuducu kameraların keyfiyyəti həqiqətən çox yaxşıdır. Bəzi şirkətlər isə bu istiqamətdə daha da təkmilləşmək istəyirlər. Biz də onlara bu yolda yardım göstərəcəyik”, - deyə R.Treysi vurğulayıb.

Tədbir ÜSAA-nın mütəxəssisləri tərəfindən keçirilən seminarlarla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.