MƏDƏNİYYƏT
Bakıda “Sülh istəyirik” adlı sərgi
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Sülh istəyirik” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, Türkiyənin “Yalnızca Barışa Tarafız” Təşkilatının dəstəyi ilə reallaşıb. Sərgidə 80-dək fırça ustasının 100-dən çox sənət əsəri nümayiş olunur.
Hər il dekabrda ənənəvi olaraq təşkil olunan ekspozisiyada yer alan sənət əsərləri dünyada sülhün, sabitliyin, əmin-amanlığın, tolerantlığın, humanizm və xeyirxahlığın təbliğinə yönəlib.
Ekspozisiyada paytaxtla yanaşı, regionlardan olan fırça ustalarının əsərləri də sərgilənir. Layihənin ələqaləndiricisi Pərviz Əsədovdur.
Sərgi üç gün davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]