MƏDƏNİYYƏT


Bakıda “Tanpınar günü”

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Bakıdakı “Akademkitab” kitab evində Türkiyənin tanınmış yazıçısı Ahmed Hamdi Tanpınara həsr olunmuş tədbir keçiriləcək.

Bakıdakı Yunus Əmrə İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Tanpınar günü” adı altında təşkil olunacaq tədbirdə tanınmış ziyalılar, kitab həvəskarları, gənclər iştirak edəcək.

Tədbirdə Tanpınar sevənlərin ədəbi söhbəti və fikir mübadiləsi aparılacaq, həmçinin onun yaradıcılığı haqda institut tərəfindən elan olunmuş “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsi haqqında geniş məlumat veriləcək.

Tədbirin sonunda iştirakçılara Tanpınarın Azərbaycan dilinə tərcümə olunmuş kitabları paylanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.