CƏMİYYƏT
Bakıda “Təzə bazar”da yanğın baş verib VİDEO YENİLƏNİB
Bakı, 4 aprel, AZƏRTAC
Bakının Nəsimi rayonunda ümumi sahəsi 1,5 hektar olan “Təzə bazar” ərazisində birmərtəbəli mağazalar yanıb.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
01:30
Bakı, 4 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nəsimi rayonunda “Təzə bazar” adlanan ərazidə yanğın baş verməsi haqqında məlumat daxil olub.
AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.