MƏDƏNİYYƏT


Bakıda ”The Balvenie Craftsmanship Azerbaijan” sərgisi keçirilib

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

“William Grant & Sons” şirkətinin “The Balvenie Craftsmanship Azerbaijan” adlı unikal layihəsi çərçivəsində Bakıda azərbaycanlı fotoqraf Elmar Mustafazadənin əl işi ilə məşğul olan ustalara həsr olunmuş sərgisi keçirilib. Sərginin təşkilatçısı qismində əl ilə hazırlanan “The Balvenie” viski brendi çıxış edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə fotoqrafın Gəncə, Şamaxı, İsmayıllı, Zaqatala, Göygöl və s. şəhər və rayonlarında yaşayan görkəmli sənətkarları nümayiş edən 15 işi təqdim olunub. Eyni zamanda, məhz sərgidə iştirak etmək məqsədilə Bakıya müxtəlif rayonlardan təşrif buyurmuş bir neçə sənətkarın əl işləri də nümayiş etdirilib. Belə ki, tədbirdə fotoşəkillərlə yanaşı, dulusçu, dəmirçi, şəbəkə və silah ustaları, dülgər, düyü halvası və simli musiqi alətləri hazırlayan ustaların əl işlərini görmək mümkün idi.

“Craftsmanship Azerbaijan” layihəsi “The Balvenie” viskisinin istehsalının hər bir mərhələsində əl işinin mövcudluğunu əks etdirir. Sərgidə nümayiş olunan sənətkarların bütün işləri ötən dövrün texnologiyaları əsasında əl ilə hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.