MƏDƏNİYYƏT
Bakıda “Tolerant Azərbaycan gənci” adlı sərgi açılacaq
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Muzey Mərkəzində “Tolerant Azərbaycan gənci” adlı sərgi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq. Sərgidə uşaq və gənc fırça ustalarının əl işləri nümayiş olunacaq.
V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində gerçəkləşəcək sərgidə uşaqların 33, gənclərin isə 40-dək müxtəlif janrlarda işlədikləri əsərlər sərgilənəcək.
Oktyabrın 2-dək davam edəcək sərginin ekspozisiyasında tolerantlıq mövzusu ilə əlaqədar heykəllər də nümayış olunacaq.
Qeyd edək ki, sərginin məqsədi ölkəmizdə mövcud olan milli, etnik, irqi, dini tolerantlığın geniş ictimaiyyətə çatdırılmasına yaradıcı gənclərin cəlb olunması, Azərbaycanın tolerantlıq modelinin dünyanın inkişaf etmiş ölkələrinə nümunə kimi təqdim etməkdən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]