MƏDƏNİYYƏT


Bakıda “Tolerantlıq simulyatoru” adlı fotosərgi açılacaq

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Bakıda tanınmış fotoqraf Elşən İbrahimovun “Tolerantlıq simulyatoru” adlı fərdi fotosərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, “Art villa” qalereyasında gerçəkləşəcək sərgi Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi və “Culture and Management Lab” və “Arts Concil Azerbaijan” təşkilatlarının təşkilatçılığı ilə keçiriləcək.

Sərgi “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət” layihəsi çərçivəsində reallaşacaq.

Hər kəsin iştirak edə biləcəyi sərgidə fotoqrafın multikultralizm və tolerantlıq mövzularına həsr olunmuş fotoları sərgilənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.