CƏMİYYƏT
Bakıda “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfrans keçiriləcək
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 11-də Bakıda Azərbaycan Mətbuat Şurasının və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfrans keçiriləcək.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, konfransda medianın turizm mövzusunu işıqlandırması xüsusiyyətləri, mövcud sahədə nəzərəçarpan tendensiya və çatışmazlıqlar, məsələlərə birgə baxış yolları müzakirə ediləcək.
Tədbir çərçivəsində Mətbuat Şurasının Mədəniyyət və Turizm Nazirliyi ilə “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda birgə keçirdiyi müsabiqənin qalibləri də mükafatlandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:05]
Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub
- 19.04.2024 [17:53]