ELM VƏ TƏHSİL
Bakıda “Türk İncəsənəti, tarixi və folkloru” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Bakı, 30 mart, AZƏRTAC
Aprelin 11-dən 15-dək Bakıda “Türk İncəsənəti, tarixi və folkloru” mövzusunda VII beynəlxalq konfrans keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, konfransın təşkilinin məqsədi türk mədəniyyətinin minillik təcrübəsinin mədəni irs çərçivəsində tədqiqi və təbliği, həmçinin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin davam etdirilməsidir.
Beynəlxalq tədbirin təşkilatçıları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi, Almaniya Türklərin Dünyası İnstitutu, Ağrı İbrahim Çeçen Universiteti və Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqi Mərkəzi Başqanlığı-Konyadır.
Konfransda türk incəsənəti, tarixi, ədəbiyyatı, folkloru, mədəniyyəti, arxeologiya, bərpa və konservasiya, coğrafiya, təhsil, turizm və mədəni mirasın qorunmasında muzeylərin rolundan bəhs olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]