İQTİSADİYYAT


Bakıda Türk Şurasına üzv dövlətlərin İKT üzrə İşçi Qrupunun ilk iclası keçirilib

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin İKT üzrə İşçi Qrupunun Bakıda keçirilən ilk iclasında İKT-nin inkişafına yönələn çoxtərəfli əməkdaşlıq mexanizmləri və yeni imkanların araşdırılması, regional inkişafı dəstəkləyən təşəbbüs və təkliflər müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilatçılığı ilə keçirilən iclasda Azərbaycan, Türkiyə,

Qazaxıstan və Qırğızıstan respublikalarının səlahiyyətli nümayəndələri iştirak edib.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, İKT sahəsində İşçi Qrupunun yaradılması təşəbbüsü Türk Şurasının sonuncu zirvə görüşündə Azərbaycan Respublikası tərəfindən irəli sürülüb və dövlət başçıları tərəfindən dəstəklənib.

Azərbaycanın İKT siyasəti haqda da qonaqları məlumatlandıran nazir müavini davamlı inkişaf sahəsində İKT-nin mühüm yer tutduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, sahənin inkişafı üzrə tənzimləyici mükəmməl qanunvericilik bazası formalaşdırılıb, milli strategiyalar qəbul edilib, dövlət proqramları hazırlanıb, həmçinin Azərbaycan beynəlxalq konvensiyalara qoşulub. İKT sahəsində əməkdaşlıq üçün ciddi potensialın olduğunu vurğulayan E.Vəlizadə xüsusilə elektron hökumət, yüksək texnologiyalar parkları, peyk xidmətlərinin təşkili və digər istiqamətlər üzrə perspektivlərin mövcudluğunu diqqətə çatdırıb.

İclasda Qazaxıstan, Qırğızıstan, Türkiyə nümayəndələri ölkələrinin İKT sahəsində əldə etdiyi nailiyyətlər və perspektivlərlə bağlı təqdimatla çıxış ediblər.

Sonra tərəflər arasında əməkdaşlıq perspektivləri üzrə maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, İKT üzrə İşçi Qrupunun təklifləri noyabrın 29-da keçiriləcək birinci İKT nazirləri toplantısına təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.