MƏDƏNİYYƏT
Bakıda “Türkiyə caz festivalı” keçiriləcək
Bu barədə AZƏRTAC-a məlumat verən festivalın ümumi əlaqələndiricisi, Azərbaycanda fəaliyyət göstərən türkiyəli sənətçi Oya Ergün bildirib ki, tədbirdə dünyanın saysız festivallarında iştirak etmiş altı önəmli türk musiqi qrupu geniş konsert proqramı ilə çıxış edəcək.
Yeddi gün davam edəcək festivalda “Türkiyədə caz” adlı film də nümayiş olunacaq.
Ölkəmizin bu festivala ev sahibliyi etməsini yüksək qiymətləndirən Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun deyib: Azərbaycanla tarixi qardaşlıq əlaqələrimizin sürətlə inkişaf etdiyi bütün zamanda mədəniyyət sahəsinin də inkişafına xüsusi önəm verilib. Bu qarşılıqlı mədəni işlərin davamı olaraq bu dəfə də Türkiyə caz ustadlarını Bakıda sənətsevərlərlə görüşdürməyə qərar verdik. Ümid edirik ki, bu musiqi bayramı Azərbaycanda böyük coşqu ilə qarşılanacaq və hamının xoşuna gedəcək.
Festival çərçivəsində bütün konsertlərə giriş pulsuzdur.