CƏMİYYƏT


Bakıda Türkiyə universitetlərinin sərgisi keçiriləcək

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 29-30-da Bakıda “Təhsil” Cəmiyyətinin təşkilatçılığı və “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin dəstəyi ilə Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, hər il təşkil olunan sərgidə bu dəfə də tələbələrə Türkiyənin tanınmış dövlət və özəl universitetlərində yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər bu kimi məsələlər barədə ətraflı məlumat veriləcək. Həmçinin Türkiyə universitetlərində pulsuz təhsil imkanları barədə təqdimatlar keçiriləcək.

Tədbir müddətində seminarların təşkili də nəzərdə tutulur.

Sərgi saat 12:00-dan 17:00-dək təşkil olunacaq.

Qeydiyyatdan keçmək üçün (https://goo.gl/forms/YvFa35dr4aKRh7ss2) linkinə daxil olaraq qeydiyyat formasını doldurmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.