MƏDƏNİYYƏT


Bakıda Türkmənistanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Türkmənistan-25” adlı kitab sərgisi açılıb.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgi Türkmənistanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunub.

Türkmənistanın Azərbaycandakı səfirliyi əməkdaşlarının da qatıldığı sərgidə bu ölkənin siyasətinə, dövlətçiliyinə, mədəniyyətinə və təbiətinə aid kitablar yer alıb. Sərgidə nümayiş olunan kitablar qonaqların marağına səbəb olub.

Sonda səfirlik tərəfindən Azərbaycan Milli Kitabxanasına müxtəlif kitablar hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.