Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib VİDEO

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin, ADA Universitetinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, ADA Universitetində keçirilən tədbirdə iştirakçılar əvvəlcə qaçqın və məcburi köçkün uşaqların əl işləri ilə tanış olublar.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelis və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirdə açılış nitqləri ilə çıxış ediblər.

Sonra “Biz qaçqınlarla birgə dayanırıq” qlobal kampaniyası çərçivəsində hazırlanmış sosial-xidməti video nümayiş olunub.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 16 ildir ki, Ümumdünya Qaçqınlar Gününün qeyd edildiyini, ancaq onların qayıdışının qeyd olunmadığını deyib: “Dünyadakı aparıcı dövlətlər nə düşünürlər? Hegemonluq uğrunda mübarizə aparan dövlətlər dünyanı hansı vəziyyətə gətirib çıxarıblar? Azərbaycan 25 ildir ki, torpaqlarının Ermənistan tərəfindən işğalı ilə üzləşib. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qətnamələr, qərarlar qəbul ediblər, ancaq nəticə yoxdur”.

Əli Həsənov bu gün dünyada məcburi köçkünləri hüquqi baxımdan idarə etmək üçün beynəlxalq sənəd olmadığını vurğulayaraq deyib: “Bu gün dünyada 40 milyon məcburi köçkünün hüququnu hansı sənədlə qorumaq lazımdır? Azərbaycan hər il BMT-də bu məsələni qaldırır, bizimlə razılaşırlar, ancaq belə bir sənəd qəbul olunmur. Gəlib Azərbaycan dövlətinin təcrübəsini öyrənsinlər”.

Baş nazirin müavini deyib ki, bu gün dünyada 65,6 milyon insan didərgin düşüb və qaçqın, miqrant, məcburi köçkündür. Yəni, orta hesabla dünyada hər 113 nəfərdən biri didərgin düşmüş şəxsdir. Təəssüf ki, dünyada bu sahədə vəziyyət yaxşılaşmaq əvəzinə pisləşir. Təkcə Türkiyə son 3 ildə 2 milyon 900 min qaçqın qəbul edib. Dünyada özlərini hegemon sayan dövlətlər öz aralarında yeni coğrafi məkanlara, regionlara nəzarət etmək, yeni təbii sərvətlər, xüsusən enerji resursları əldə etmək üçün mübarizə aparırlar. Arada isə ərazisi kiçik, əhalisinin sayı az olan dövlətlər əziyyət çəkirlər. Bu gün dünyanın mənzərəsi budur. Son 30 ildə qaçqın, məcburi köçkün və miqrantların sayı iki dəfə, münaqişə zonalarının sayı üç dəfə artıb. Problemin həlli dünyada xalqların, dövlətlərin həmrəyliyini tələb edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Əli Həsənov bildirib ki, dünyanın bütün aidiyyəti qurumları, xüsusilə BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası və digərləri bu münaqişənin həlli ilə məşğuldur. Ancaq heç bir nəticə yoxdur. Əgər nəticə yoxdursa bu qərarlar kimə lazımdır?

Baş nazirin müavini qeyd edib ki, bu gün Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin yaratdığı qaçqın və məcburi köçkünlərin idarəolunma modelini - Azərbaycan modelini daha da təkmilləşdirib. Dünya dövlətləri Azərbaycanın bu təcrübəsindən yararlana bilərlər.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan bütün ölkələrə, dövlətlərin qəbul etdiyi sənədlərə hörmətlə yanaşır. Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasət göz qabağındadır. Avropa dövlətləri, qurumları da Azərbaycana hörmətlə yanaşmalı və qərəzli qərarlar verməməlidir. Azərbaycan tolerant ölkədir. Azərbaycanda sabitlik hökm sürür, siyasi, iqtisadi və sosial inkişaf var. Buna görə də ölkəmizə miqrant axını mövcuddur.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev çıxışında bildirib ki, bu gün qeyd olunan Ümumdünya Qaçqınlar Günü dünyada müharibələrin, etnik təmizləmələrin, terror aktlarının, milli və dini münaqişələrin dağıdıcı təsirinin artdığı dövrə təsadüf edir. Dünyanın 50-dən çox ölkəsində yaşanan münaqişələr 65 milyondan çox insanın öz ev-eşiyindən didərgin düşməsinə, müharibənin yaratdığı ağır fəlakətlərin yaşanmasına, milyonlarla insanın doğma yurd-yuvasından didərgin düşməsinə, ağır və kütləvi miqrasiya problemlərinə səbəb olub. Etnik təmizləməyə və əraziləri işğala məruz qalan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə hazırda bir milyon iki yüz mindən artıq qaçqın və məcburi köçkün var. Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük didərgin yükünə sahib ölkələrdən biridir.

U.Mirzəyev qeyd edib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanın haqq səsini dünyaya çatdırmaq məqsədilə hökumət qurumları ilə və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelis qeyd edib ki, 2016-cı ilin sonunda bütün dünyada zorla didərgin salınmış insanların sayı 65,6 milyon nəfər olub, bu da əvvəlki ildən 300 min nəfər çoxdur. O, didərgin düşmüş insanların 22,5 milyon nəfərinin qaçqın, 40,3 milyon nəfərinin öz ölkələri daxilində köçkün düşənlər, 2,8 milyon nəfərinin ölkələrini tərk edən və qaçqın qismində beynəlxalq himayə axtaran insanlar olduğunu diqqətə çatdırıb. O deyib ki, qaçqınlar, miqrantlar bacarıq və peşələri ilə gəldikləri ölkələrin inkişafına böyük töhfə verə bilərlər. Müharibə və terrorizmdən qaçanlarla müharibə və terrorizmi özlərinin peşələri kimi seçənlər arasında fərq böyükdür.

Furio De Angelis Azərbaycan cəmiyyətinin qonaqpərvərliyi ilə seçilən cəmiyyət olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Dağlıq Qarabağ problemi ucbatından qaçqın və məcburi köçkün probleminə məruz qalıb. Ancaq Azərbaycan inkişaf yolu seçib. Bu gün Azərbaycan Avropada ən çox didərgin insanın olduğu ölkələrdəndir. “Biz Azərbaycanda minlərlə məcburi köçkünün mənzillə təmin edilməsini nəzərdə tutan layihəni alqışlayırıq. Mən Cocuq Mərcanlının timsalında məcburi köçkünlərin ilk qayıdışı münasibətilə Azərbaycan hökumətini təbrik edirəm”, - deyə o qeyd edib.

Sonda məcburi köçkün gənclərin ifasında musiqi proqramı təqdim olunub.

Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın enerji siyasəti bu sahədə kompleks strateji yanaşmanı əks etdirir ŞƏRH

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 4 dəfədən çox artıb

Gürcüstan Prezidenti: Regionumuz dinc yanaşı yaşama və dialoq məkanına çevrilməlidir

Zaur Əliyev: İdxal hesabına qarşılanan heyvandarlıq və quşçuluq məhsullarının ölkə daxilində istehsalını artırmaq məqsədimizdir

Zaur Əliyev: Üzgüçülük insanların sağlam həyata addım atması üçün önəmlidir

Rəhman Hümmətov: Avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı miqyaslı işlər astanasındayıq

Ukraynanın “Freedom” telekanalı “Flame Towers” kompleksindən bəhs edib

AMEA: Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb

Xaçmazın bir sıra yaşayış məntəqələrində elektrik təsərrüfatı yenilənir

DSX: Mayda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

Nazir müavini: Meyvə və tərəvəz məhsullarının ixracının artırılması əsas hədəflərimizdəndir

Fərid Qayıbov: Çalışırıq ki, üzgüçülük idman növünü daha da inkişaf etdirək

Fransa Avropa ölkələrini Livanda təhlükəsizliyi və sabitliyi dəstəkləməyə çağırıb

Nazir müavini: Son 6 ayda Azərbaycanda 2 mindən çox zərərli internet resursu bloklanıb

Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

BDU-da növbəti “Açıq qapı” günü: vətəndaşlara pulsuz hüquqi məsləhət veriləcək

Azərbaycanda yüksək məhsuldarlığa malik cins heyvanların ümumi heyvandarlıq fondunda payı 4 dəfə artırılacaq

Dünya İqtisadi Forumu: Hörmüz boğazı qlobal iqtisadiyyat üçün yeni təhdidə çevrilib

Xüsusi “Avtonom nəqliyyat vasitəsi” tanınma nişanı tətbiq ediləcək

Dövlət qulluğu imtahanlarında iştirak edəcək namizədlərin sayı açıqlanıb

Samir Axundov: Azərbaycan diversifikasiya, bərpaolunan enerji və dekarbonizasiyaya yönəlmiş mərhələyə qədəm qoyur

Bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır

ABŞ-nin neft ehtiyatları azalıb

Zaur Əliyev: Aqrar sahənin inkişafında resurslara qənaət edən yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

“Şamaxı” braziliyalı futbolçu ilə vidalaşıb

FIFA Dünya Kuboku zamanı stadionlarda təkrar istifadə olunan butulkaları qadağan edib

BDU-nun Astrofizika kafedrası: Bu gün geomaqnit qasırğası başlayır

Bakıda "Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi start götürüb

Moped sürücüləri üçün yeni tələblər müəyyənləşir

Abituriyentlər Qarabağ Universitetinin təhsil modeli barədə məlumatlandırılıb

® Əfsanəvi "Atletlər kəndi"ndə yeni dövr: "Olympic Residence" yaşayış kompleksi satışa çıxarılır!

Azərbaycan məcburi köçkünlərin reinteqrasiyası sahəsində dünyaya mühüm nümunə təqdim edir - ŞƏRH

Nazir müavini: Yeni dövlət proqramı Azərbaycanın ərzaq təhlükəsizliyini daha da gücləndirəcək

Allahverən İsmayılov: Süni intellekt kibertəhlükəsizliyə təsir edən əsas amilə çevrilir

Quraqlıq Asiyada məhsuldarlığa zərər verir və ərzaq qiymətlərini artırır

Rauf Cabarov: Müasir dövrdə kiberməkanda aparılan mübarizə ənənəvi təhlükəsizlik məsələləri qədər əhəmiyyət daşıyır

Qərbi Azərbaycana qayıdış ideyası regionda davamlı sülhün qurulmasına xidmət edir – ŞƏRH

Bakıda “Azerbaijan Jewelry Show” sərgisi keçirilir

Donald Tramp NBA finalının oyununu tribunadan izləyəcək

BMT Yəmənə humanitar yardım üçün dəstəyin artırılmasına çağırıb

DYP: Sükan arxasında bir anlıq məsuliyyətsizlik bütöv bir ailənin faciəsinə çevrilir

Maqbat Spanov: Orta Dəhlizin potensialından daha səmərəli istifadə üçün yeni əməkdaşlıq mexanizmləri formalaşdırıla bilər

BTC ilə bu günədək 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

ÜST: Zəhərli qidalar hər il təqribən 1,5 milyon insanın ölümünə səbəb olur

Dünya bazarında qızıl 33 dollar bahalaşıb VİDEO

Dünya bazarında qızıl 33 dollar bahalaşıb VİDEO

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri regionun simasını tamamilə dəyişir ŞƏRH

NBA: “Nyu-York Niks” final seriyasına qələbə ilə başlayıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Doktorantura və fəlsəfə doktoru imtahanlarının qrafiki müəyyənləşib

Azərbaycan nefti 104 dollara satılıb VİDEO

Azərbaycan nefti 104 dollara satılıb VİDEO

Azərbaycan minifutbol millisi Avropa çempionatında final oyununa çıxır

Qobustan qəsəbəsi ərazisində qəzalı körpü sökülür, yeni körpü inşa edilir

Azərbaycanın mədəni zənginlikləri Türkmənistanda təqdim olunacaq

Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

İngiltərədə hərbi helikopter qəzaya uğrayıb: Üç əsgər həyatını itirib

Xəzərdə zəlzələ olub

Simferopol şəhərinə hava hücumu nəticəsində 3 nəfər həlak olub

Zaxarova: Rusiya ABŞ ilə Ankoricdə başlayan danışıqları davam etdirməyə hazırdır

İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər

Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək

Tramp kömür enerjisinin inkişafı üçün 700 milyon dollar ayırmaq istəyir

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

“Çanmi” fırtınası Tokioda güclü yağışlara və torpaq sürüşmələrinə səbəb olub

Kamçatka sahillərində 30-a yaxın zəlzələ qeydə alınıb

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

“Rheinmetall” Beynəlxalq Aerokosmik Sərgisində ən son hərbi texnologiyalarını təqdim edəcək

Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır

Ukraynada “Patriot” sistemləri üçün raket çatışmazlığı davam edir, lakin ABŞ-dən tədarük dayanmır

Tramp: İranla danışıqlar yaxşı davam edərsə, razılaşma həftəsonu baş verə bilər

BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

ABŞ Prezidenti Ankarada NATO sammitində iştirak edəcək

Bu mövsüm Oğuzda 28 kümçü ilə müqavilə bağlanıb

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert – “Retro dalğası”

Bakıda “Əmir Əlişir Nəvainin irfani dünyası” monoqrafiyası işıq üzü görüb

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Türkiyəli ekspert: Zəngəzur dəhlizi Ankara və Bakının maraqları kontekstində açılacaq

Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib

KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

“Bir axşamın sehrli səsi” adlı hesabat konserti

Bu saata olan əsas xəbərlər

Ankarada Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir

Dünya Kuboku: Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Ağalıda məktəblilər veloyürüşə qoşulub

Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini nazirə təqdim edib

Qivami Rəhimli: Mədəni irs milli kimliyimizin təməli, dövlətçiliyimizin mənəvi dayağıdır

Rubio İsrail ilə Livan arasında danışıqların birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO