MƏDƏNİYYƏT


Bakıda “Ustadlara sayğı gecəsi” keçiriləcək

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində “Ustadlara sayğı gecəsi” adlı sazlı-sözlü tədbir təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək gecədə əsrlərdən miras qalan və ruhumuzu oxşayan müxtəlif saz havaları və muğamlarımız dinləniləcək.

Konsert proqramında Türkiyənin tanınmış ifaçısı Armağan Elçin və Azərbaycanın Əməkdar Artisti, xanəndə Elnarə Abdullayeva tərəfindən xalq mahnıları da təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.