Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakıda “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” mövzusunda I Respublika Festivalı açılıb VİDEO

Bakı, 6 aprel, Salehə Əliyeva, AZƏRTAC

Aprelin 6-da Bakı Musiqi Akademiyasında (BMA) “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” mövzusunda I Respublika Festivalının açılışı olub. Festival dahi bəstəkarın anadan olmasının 130, BMA-nın 95 və akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 35 illiyinə həsr edilib.

Əvvəlcə BMA nəzdindəki məktəb-studiyanın şagirdlərinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndi.

BMA-nın rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək xatırladıb ki, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə dahi Azərbaycan bəstəkarı, milli professional musiqimizin banisi Üzeyir Hacıbəylinin doğum günü – 18 sentyabr Azərbaycan Musiqisi Günü elan edilib.

Rektor F.Bədəlbəyli milli musiqimizin və onun əsasını təşkil edən muğamın qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb, milli lad sisteminin öyrənilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova açılış mərasimində çıxış edərək dedi ki, biz bu gün Azərbaycanın ən gözəl musiqi məbədindəyik. Bu məbəddə dahilərimizin, milli musiqimizi dünyaya tanıdan müdriklərimizin ruhları, Üzeyir Hacıbəylinin ruhu var. Mən düşünürəm ki, bu ruhlar şaddır. Çünki bu festivalda iştirak edən uşaqlar milli musiqimizi dərindən öyrənərək onu beynəlxalq aləmdə layiqincə təmsil edəcəklər.

Bahar xanım bildirib ki, müasir müstəqil Azərbaycanın özü kimi onun incəsənəti, musiqisi də inkişaf edir, yeni dəyərlərlə zənginləşir. Bu dəyərləri qorumaq, inkişaf etdirmək bizim gənc musiqiçilərimizin öhdəsinə düşür. Ölkəmizdə uşaqların milli köklərə bağlı vətənpərvər, hərtərəfli şəxsiyyət kimi formalaşması üçün milli musiqimizin, mədəniyyətimizin çox böyük rolu vardır. Bu mənada bu gün açılış mərasiminə toplaşdığımız festivalın və təqdimatında iştirak etdiyimiz “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişaf proqramı” böyük əhəmiyyətə malikdir. Düşünürəm ki, bu layihələr gələcək uğurlar üçün yaxşı bünövrədir. Çünki ibtidai sinifdən milli ruhda böyüyən uşaqlar milli mənəvi dəyərlərə bağlı olurlar.

Parlamentin sədr müavini qeyd edib ki, əlbəttə, başqa xalqların musiqisini, mədəniyyətini də öyrənmək lazımdır. Çünki zənginləşmə, müasir dünyada layiqli yer tutmaq bunsuz mümkün deyildir. Amma əsas vəzifə milliliyin qorunması və inkişaf etdirilməsidir. Ona görə də düşünürəm ki, bu festivalın təşkilatçıları çox böyük bir işə başlayıblar.

“Bu gün mən bu nəşrin təqdim olunması ilə yanaşı, birinci festivalın işə başlanması münasibətilə hamınızı ürəkdən təbrik edirəm”, – deyən B.Muradova qeyd edib ki, bu festival uşaqların istedadını üzə çıxaracaq, onlara milli musiqimizə məhəbbət aşılayacaq, gələcəyin peşəkar sənətçiləri kimi yetişməkdə kömək edəcək. Bu festival həm də öz musiqilərini ifa edəcək uşaqlar arasında yarışa, sağlam rəqabətə imkan yaradacaq. Təbii ki, istedadlılar qalib gələcək və onlar Azərbaycanın musiqisini daha da irəliyə aparacaq, mədəniyyətimizin inkişafına töhfələr verəcəklər.

Mən festivalın iştirakçılarına uğurlar diləyirəm. Arzu edirəm ki, onlar milli musiqimizin, mədəni irsimizin əsl təəssübkeşləri kimi yetişsin, Üzeyir Hacıbəylinin və digər musiqi korifeylərimizin yaradıcılıq ənənələrini uğurla davam etdirsinlər. Mən hamınıza bir daha uğurlar diləyirəm.

Festivalın əlamətdar hadisələrə həsr edildiyini söyləyən təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb.

Bildirilib ki, festival musiqimizə, mədəni irsimizə olduqca böyük töhfədir. Azərbaycan xalqı özünü xoşbəxt hiss etməlidir ki, onun belə bir dərin və mənalı mədəni irsi var. Bu irsin nümunəsi bizim musiqimizdir.

Ölkəmizdə mədəni irsin qorunması istiqamətində görülən işlərdən söz açan nazir müavini deyib ki, bu gün Azərbaycanda milli musiqimizin inkişafı və təbliği istiqamətində Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə, eləcə də Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr reallaşdırılır. Təsadüfi deyil ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin musiqi inciləri UNESCO-nun dünya irs siyahısına daxil edilib. Bu, böyük uğurdur və bununla fəxr etməliyik.

Firudin Qurbanov deyib ki, belə festivallar istedadlı gənclərin üzə çıxmasına təkan verir, onların geniş auditoriyada tanınmasına yardımçı olur. Məhz buna görə də Təhsil Nazirliyi hər zaman belə tədbirləri dəstəkləyir və biz bu işi davam etdirəcəyik. İnanıram ki, bu festival yeni istedadlı musiqiçilərin gələcək inkişafına böyük dəstək olacaq.

Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, xalq artisti Ramiz Quliyev musiqi sənətinin inkişafında elmi-tədqiqat işlərinin və musiqi nəzəriyyəsinin böyük rolundan danışmışlar.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın gərgin səyləri sayəsində Azərbaycan mədəniyyətinin, musiqisinin, o cümlədən muğamlarımızın ölkə hüdudlarından kənarda populyarlaşması geniş vüsət alıb.

Çıxışlarda qeyd olunub ki, gənc nəsildə musiqi mədəniyyətinin formalaşdırılması, onlara Azərbaycan musiqisinin incəliklərinin öyrədilməsi istiqamətində BMA-nın nəzdindəki məktəb-studiyanın əvəzsiz rolu vardır. Layihə müəllifi, məktəb-studiyanın direktoru, professor Tərlan Seyidov olan bu festivalın iştirakçıları ifaçılıq məharətlərini nümayiş etdirməklə yanaşı, həm də öz musiqilərini təqdim edəcəklər.

Festival münasibətilə “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişaf proqramı” nəşr edilib. Bu nəşrin müəllifləri Fərhad Bədəlbəyli və Tərlan Seyidovdur.

Sonra “Xor” nominasiyasında kollektivlərin çıxışları olub.

Festivalın münsiflər heyətinə xalq artistləri Arif Məlikov, Fidan və Xuraman Qasımovalar, Ramiz Quliyev, digər tanınmış musiqiçi və ifaçılar daxildir. Onlar festival iştirakçılarının bəstəkarlıq, xor, fortepiano, vokal, xalq instrumental musiqi ifaçılığı və başqa nominasiyalar üzrə çıxışlarını qiymətləndirəcəklər.

Festivalda iştirak etmək üçün Gəncə, Ağdaş, Ağsu, Ağdam, Bərdə, Neftçala və digər regionlardan 200-dən çox gənc musiqiçi və ifaçı ölkəmizin paytaxtına gəlib.

Bu festivalın keçirilməsindən məqsəd ənənəvi major-minor sistemi ilə yanaşı, Azərbaycan milli lad sisteminin daha dərindən mənimsənilməsinə kömək etməkdir.

Aprelin 10-da festivala yekun vurulacaq, qaliblərə mükafatlar təqdim ediləcək.

Bakıda “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” mövzusunda I Respublika Festivalı açılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir