Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda VIII illik Süd Olimpiadası açılıb

Bakı, 24 may, AZƏRTAC

Bakıda VIII illik Süd Olimpiadası keçirilir. Bu tədbir südçülük sahəsi üçün əlamətdar beynəlxalq hadisədir.

AZƏRTAC xəbər verir ki, bu sahənin iştirakçısı olan ən iri şirkətlərin, Rusiyanın və Azərbaycanın dövlət orqanlarının dəstəyi ilə keçirilən tədbirin təşkilatçısı qismində “The DairyNews” süd bazarı xəbərləri informasiya agentliyi çıxış edir.

Dünyanın 14 ölkəsindən 150-dən çox nümayəndə südçülük sahəsində aktual məsələləri müzakirə etmək, texniki və praktiki seminarlara qatılmaq üçün bir araya toplaşıb. Olimpiada iştirakçıları arasında südün və süd məhsullarının sənaye üsulu ilə istehsalı və emalı üçün heyvandarlıq avadanlığının satıcıları, analitiklər, Azərbaycanın və Rusiyanın aqrar idarələrinin nümayəndələri var.

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov Süd Olimpiadasının açılışında çıxış edib. O, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə aqrar sahədə görülən işlərdən bəhs edərək, son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institusional islahatlar və istehsalçılara yaradılan şərait, dövlətimizin başçısının aqrar sektora göstərdiyi diqqət və qayğı, bu sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə məlumat verib. Həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracın stimullaşdırılması və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühiti yaradılması qeyd olunub. İlham Bayramov Azərbaycanın tarixən aqrar ölkə olduğunu, doqquz iqlim qurşağı olan coğrafi məkanda yerləşdiyini, respublikamızda istehsal edilən kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətli olduğunu iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan heyvandarlıq məhsulları ilə öz tələbatını böyük həcmdə ödəyir. Ümumiyyətlə, ölkəmizin aqrar sahədə ixrac potensialı yüksəkdir. Ölkəmizdə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün güzəştli şərtlər əsasında lizinq yolu ilə alınan cins damazlıq heyvanlar fermerlərə təhvil verilir, süni mayalama tədbirləri görülür. Heyvandarlıq sahəsində görülən işlər artıq öz bəhrəsini verməkdədir.

İ.Bayramov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti barədə məlumat verərək qeyd edib ki, bu şaxələndirmənin mühüm vektorlarından biri kənd təsərrüfatının inkişafıdır. Aparat rəhbəri deyib: “Aqrar sektorun vacibliyi həm də kənd təsərrüfatı məhsulları istehsalında əhalinin məşğulluq göstəricisinin yüksək olması ilə şərtlənib: statistik məlumatlara görə, aqrar sənaye kompleksi 1,6 milyondan çox insanı işlə təmin edir. Bu, respublika iqtisadiyyatında çalışan əhalinin 37 faizindən çoxdur. Azərbaycanda milli ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi diqqət yetirilir, bu sahədə dövlət proqramları kənd təsərrüfatının inkişafı siyasəti ilə sıx qarşılıqlı əlaqəli şəkildə həyata keçirilir”.

Aparat rəhbəri bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi süd istehsalını və südlük mal-qaranın məhsuldarlığını artırmaq üçün konkret strategiya işləyib hazırlayıb. O deyib: “Ölkədə süd istehsalı üzrə iri fermer təsərrüfatları yaradılır. Bu təsərrüfatlarda bir baş mal-qaradan 6000 kiloqramdan çox süd sağılır, pilot ailə fermalarında 10-15 baş heyvan saxlanılır. Bütövlükdə Azərbaycanda süd emalı üzrə 78 zavod və digər müəssisə fəaliyyət göstərilir. Əhalinin süd və süd məhsulları istehlakının dinamikası artmaqdadır. 2015-ci ildə ölkədə 1,92 milyon ton süd istehsal edilib. Bu, adambaşına 246,5 kiloqram süd deməkdir. Bundan əlavə, təxminən 500 min ton süd və süd məhsulları idxal edilib. Statistik məlumatlara görə, Azərbaycan özünü süd və süd məhsulları ilə 80 faiz təmin edir, bu məhsulların qalan hissəsi yaxın və uzaq xarici ölkələrdən idxal olunur.

VIII illik Süd Olimpiadasına ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirən “The DairyNews”un baş direktoru Mixail Mişşenko deyib: “Azərbaycan bu tədbirin Bakıda keçirilməsi üçün bizə böyük dəstək verdi. Olimpiadanın yüksək səviyyədə təşkil olunmasına və bizə yaradılan şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edirik. İstərdik ki, Azərbaycan-Rusiya əlaqələri daha da genişlənsin. Bilirik ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkədir və respublikanızın daha da inkişaf etməsi üçün böyük potensialı var”.

Sonra M.Mişşenko süd məhsullarının ixrac imkanları və iqtisadi göstəricilər barədə təqdimatla çıxış edib.

Beynəlxalq tədbirdə Azərbaycan, Rusiya, Fransa, İsrail, Almaniya, İtaliya, Gürcüstan, Ukrayna, Yeni Zelandiya, Braziliya, Finlandiya, Malayziya, Belarus və Litvadan olan ekspertlər süd bazarının problemlərinin həlli və bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq yolları haqda fikir mübadiləsi aparıb, südçülük sahəsində cari vəziyyət barədə məlumat veriblər. Çıxışlarda Azərbaycanda gedən sosial-iqtisadi inkişaf təqdir olunub, aqrar sahədə reallaşdırılan islahatlar, əldə olunan nəticələr müsbət qiymətləndirilib.

Mayın 26-dək davam edəcək tədbirdə dünya süd bazarının qloballaşması, bu bazarın perspektivləri, dünya və lokal pendir bazarlarında müşahidə olunan meyillər, “Uğurlu ferma” layihəsinin tərkib hissələri və bir sıra başqa mövzular müzakirə olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi