İQTİSADİYYAT


Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Noyabrın 1-də Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.

Tədbir çərçivəsində forumun plenar iclası, sənaye, turizm, aqrar və humanitar sahələr üzrə “dəyirmi masa”lar keçiriləcək və Azərbaycan-Rusiya biznes forumu təşkil ediləcək.

Forumda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.