İDMAN


Bakıda Vüqar Həşimov Şahmat Akademiyasının təntənəli açılış mərasimi olacaq

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Vüqar Həşimov Şahmat Akademiyası cari dərs ilinin əvvəlindən fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, Vüqar Həşimov adına Şahmat Fondu nəzdində yaradılmış bu Akademiyanın məqsədi ölkədə şahmatı inkişaf etdirmək, yeni istedadları üzə çıxarmaq, müxtəlif səviyyəli turnirlər, ustad dərsləri, eyni vaxtda oyun seansları keçirmək, habelə Azərbaycanın aparıcı şahmatçı və məşqçilərinin mühazirələrini təşkil etməkdir.

Azərbaycanın güclü qadın və kişi şahmatçılarının bir neçə nəslini yetişdirmiş təcrübəli məşqçilər – Xanlar Allahverdiyev, Cavanşir Bağırov və Anar Allahverdiyev Akademiyada işə cəlb ediliblər. Hazırda Akademiya 5 yaşdan yuxarı qabiliyyətli uşaqları toplamaqla məşğuldur.

Məşqlər üç dildə - Azərbaycan, rus və ingilis dillərində aparılacaq. Arzu edənlər bu telefon nömrələrinə zəng vura bilər: (012)–436-86-0, (050)–353-10-10.

Vüqar Həşimov Şahmat Akademiyasının təntənəli açılış mərasiminin oktyabrın 1-də keçirilməsi planlaşdırılır.

Akademiyanın ünvanı: Bəsti Bağırova küçəsi, 2/2, 3-cü mərtəbə.

Dərslərin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.