ELM VƏ TƏHSİL
Bakıda Xəzər dənizi regionunun coğrafi problemləri ilə bağlı beynəlxalq tədbir olacaq
Bakı, 14 sentyabr (AZƏRTAC). Sentyabrın 15-dən 20-dək Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi Şurası və REA Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Şuranın “Xəzər dənizi regionunun coğrafi problemləri və ərazinin dayanıqlı inkişafına nail olmanın yolları” mövzusunda XVIII birgə sessiyası keçiriləcək.
Coğrafiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən alim-mütəxəssislər iştirak edəcəklər.
Sessiyada Xəzər dənizi regionunun fiziki, iqtisadi-sosial-coğrafi problemlərinin və eləcə də Avrasiya məkanında müxtəlif coğrafi (regional və yerli) ərazilərin dayanıqlı inkişafının kompleks şəkildə geniş müzakirəsi aparılacaq.