Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakıda “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu işə başlayıb YENİLƏNİB VİDEO

Bakı, 25 aprel, M.Dadaşov, P.İmanova, AZƏRTAC

Aprelin 25-də Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Media tərəfdaşlarından biri də AZƏRTAC olan forumun plenar iclasında BANM-in rektoru Elmar Qasımov tədbirin müasir Azərbaycanın banisi və neft strategiyasının təşəbbüskarı ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilməsini Ulu Öndərin şəxsiyyətinə və fəaliyyətinə hörmət və ehtiramın təzahürü olduğunu vurğulayıb. Rektor forumun müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər arasında işgüzar əlaqələrin qurulması və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən neft strategiyasının uğurlarının təbliği üçün səmərəli platforma olacağına əminliyini bildirib.

Qeyd edilib ki, tədbirin məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti, nəqli və emalı məsələləri üzrə cari vəziyyətin və inkişaf perspektivlərinin təhlil olunmasıdır. Tədbirdə həmin regionların başlıca ixrac bazarları, yerli və ixrac tələblərinin xüsusiyyətləri, xarici biznes axını və neft limanları, boru xətləri və dəmir yolları daxil olmaqla maddi-texniki infrastrukturu barədə müzakirələr aparılacaq. Forumda Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyətinin və struktur bölmələrinin rəhbərləri, Türkiyə, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin nümayəndələri iştirak edirlər. Xəzər regionunda neft-qaz üzrə ilin ən əhəmiyyətli tədbirinə bu ölkələrdən 150-dən artıq iştirakçı - neftin və qazın hasilatı, emalı, logistikası sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlərin rəhbərləri və əməkdaşları, treyderlər, analitiklər, bank strukturlarının nümayəndələri qatılıblar.

Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini, bu qurumun təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğunda və yanacaq-enerji kompleksinin inkişafında əvəzsiz rolunu qeyd edib, neft strategiyasının uğurlarından söz açıb, forumun işinə uğurlar arzulayıb.

Energetika naziri Natiq Əliyev hazırkı dövrdə dünyanın enerji xəritəsi, Azərbaycanın enerji siyasətinin uğurları və perspektivləri barədə məlumat verib. Ulu öndər Heydər Əliyev ilə Azərbaycanın neft strategiyasının reallaşdırılmasında iştirak etməsindən qürur hissi keçirdiyini bildirən nazir Prezident İlham Əliyevin rəhbərliyi altında logistika, neft emalı və neft-kimya sahələrində həyata keçirilən möhtəşəm layihələrin perspektivlərini açıqlayıb.

SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə şirkətin fəaliyyəti və planları haqqında geniş məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda neft hasılatının tarixi, Azərbaycan neftinin keçmiş SSRİ-nin iqtisadiyyatının inkişafında və Böyük Vətən müharibəsində qələbənin təmin olunmasında rolu, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin şəxsi nüfuzu hesabına ötən əsrin 90-cı illərində dünyanın aparıcı neft şirkətlərinin Azərbaycana qoyduqları investisiyalar hesabına yanacaq-enerji inkişafının təmin olunması, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət göstərməsi nəticəsində SOCAR-ın biznes fəaliyyətinin ölkənin hüdudlarından kənarda genişlənməsi barədə məlumatlar yer alıb.

“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxışında Azərbaycanın neft-kimya sahəsinin inkişafının strateji xəttini açıqlayıb, hazırda bu sahədə həyata keçirilən layihələrin perspektivləri haqqında forum iştirakçılarını məlumatlandırıb. O, artıq ikinci dəfə keçirilən forumun iştirakçılarına təbriklərini çatdırıb, uğurlar arzulayıb.

Forumun əhəmiyyətini vurğulayan “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu tədbirin təşkili artıq ənənə halını alıb. Müzakirə olunan mövzuların aktuallığını qeyd edən B.Aslanbəyli tədbirin əhatə dairəsinin genişləndiyini söyləyib və forumun işinə uğurlar arzulayıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov Xəzər regionunda ən möhtəşəm logistika mərkəzinin fəaliyyəti və inkişaf konsepsiyası haqqında fikirlərini bölüşüb, yeni yaradılan Ələt Azad Ticarət Zonasının Azərbaycanın qeyri-neft sektorunun inkişafına və yükdaşımaların ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyini vurğulayıb.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin neft sənayesi istiqamətində apardığı uğurlu islahatlar bu gün öz bəhrəsini verməkdədir. Hazırda Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Forumun yüksək səviyyədə təşkil edildiyini vurğulayan akademik tədbirin bir sıra vacib məsələlərin həllində töhfəsini verəcəyinə əminliyini bildirib. BANM-in fəaliyyətindən danışan A.Məhərrəmov vurğulayıb ki, bu ali məktəb qısa müddətdə respublikanın qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilib.

Forumun açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini Məhərrəm Əhmədov, Nazirlər Kabineti Aparatının neft və kimya şöbəsinin müdiri Əsgər Aslanov, SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, “Confidence Capital Ltd” şirkətinin baş direktoru Andrey Rudenko və başqaları iştirak ediblər.

Forumun ilk sessiyası Azərbaycanın neft-qaz strategiyasına və neft-kimya sahəsinin inkişaf tendensiyalarına həsr olunub. Sessiyada SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun “Azərbaycanın neft-qaz strategiyası”, SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyev “Azərbaycanda neft-emalı və neft-kimya sahələrinin inkişaf perspektivləri”, “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərovun “Azərbaycanın neft emalı və neft-kimya sənayesində yeni layihələrin reallaşdırılması”, SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsinin neft və neft məhsullarının ixrac əməliyyatlar şöbəsi rəisinin müavini Kamran Məmmədzadənin “Azərbaycan – emal, satış və ixrac”, “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəylinin “BP şirkətinin Azərbaycanda fəaliyyət planları” və “Platts” agentliyinin baş redaktoru Nik Koulmanın “Avroasiyada dəyişən enerji landşaftında Azərbaycanın rolu və perspektivləri” mövzularında məruzələri dinlənilib.

Sonra forum işini “Qlobal neft-qaz bazarına, Xəzər və Mərkəzi Asiya bazarına baxış”, “Enerji daşıyıcıları üçün logistika dəhlizlərinin vəziyyətinin və inkişaf perspektivlərinin qiymətləndirilməsi” mövzular üzrə sessiyalarla davam etdirib. Sessiyalarda “Tələbin və təklifin neft məhsullarının ixrac istiqamətlərinə təsiri. 2022-ci ilə kimi proqnoz. Xəzər və Aralıq dənizi hövzələrində ticarət axınları və tələbat”, “Xarici bazarların konyukturasının dəyişdiyi halda Xəzəryanı ölkələrin neft hasilatçılarının ixrac imkanları” və digər mövzularda məruzələr dinlənilib.

Forum aprelin 26-da işini sessiyalarda davam etdirəcək.

Bakıda “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu işə başlayıb YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub