MƏDƏNİYYƏT


Bakıda “Xocalı” adlı rəsm sərgisi açılacaq

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 27-də Bakıda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı” adlı rəsm sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.

Sərgidə eyniadlı müsabiqəyə sözügedən mövzu ilə bağlı təqdim olunmuş sənət əsərləri nümayiş olunacaq. İki gün davam edəcək sərgi İçərişəhərdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək.

Sərgi çərçivəsində qalib iştirakçılar mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.