SİYASƏT
Bakıda Xorvatiyaya təkkeçidli viza verəcək mərkəz fəaliyyətə başlayıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Xorvatiyanın Ankaradakı səfirliyindən Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olmuş notada Xorvatiya ilə “VFS Global” beynəlxalq şirkəti arasında əldə olunmuş razılaşmaya əsasən, 2015-ci il iyulun 31-dən həmin şirkətin Bakı şəhərində mərkəzinin fəaliyyətə başladığı bildirilir. Notada mərkəzin (http://www.vfsglobal.com/croatia/azerbaijan/) Azərbaycan Respublikası vətəndaşları və ölkəmizdə qanuni əsaslarla yaşayan üçüncü ölkə vətəndaşlarından Xorvatiya üzrə təkkeçidli vizalarla bağlı müraciətlərin qəbuluna başladığı barədə məlumat verilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, notada vətəndaşların həmin mərkəzin xidmətlərindən istifadə etməklə yanaşı, müraciətlərini Xorvatiyanın Ankara şəhərindəki diplomatik nümayəndəliyinə də ünvanlaya biləcəkləri qeyd olunur.