MƏDƏNİYYƏT
Bakıda Yahya Kamal Bayatlının yaradıcılığı müzakirə olunub
Bakı, 27 fevral, Zərəngiz Mansurova, AZƏRTAC
Bakı Yunus Əmrə İnstitutu-mədəniyyət mərkəzində hər ay təşkil olunan “Oxuma günləri”ində bu dəfə türk ədəbiyyatının böyük şairi Yəhya Kamal Bəyatlının yaradıcılığı müzakirə olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müzakirə Bakı Dövlət Universitetinin müəllimləri, ədəbiyyat adamları, jurnalistlər və tələbələrin iştirakı ilə baş tutub.
Əvvəlcə Yunus Əmrə İnstitutun direktoru İbrahim Yıldırım “Oxuma günləri” layihəsinin ilboyu davamlı edəcəyini və daha geniş tərkibdə keçiriləcəyini diqqətə çatdırıb.
Bakı Dövlət Universitetinin Türkologiya fakültəsinin müəllimi, dosent Aydan Xəndam Yəhya Kamal yaradıcılığı ilə tanışlığından söhbət açıb, onun şeirlərini səsləndirib.
Türkiyənin Marmara Universitetinin müəllimi Mehdi Gəncəli Yəhya Kamalın İstanbul sevgisindən bəhs edib, onun “İstanbul” şeirini səsləndirib.
Tədbirdə tələbələrin ifasında Yəhya Kamalın şeirləri səsləndirilib, onun haqqında sələflərinin fikirləri oxunub.
Sonda tələbələrin sualları cavablandırılıb.