MƏDƏNİYYƏT


Bakıda Yaponiyanın mədəniyyət günü keçiriləcək

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 21-də Bakıda yapon.az saytının təşkilatçılığı ilə Yaponiyanın mədəniyyət günü keçiriləcək.

“Made in Japan” adlı tədbir çərçivəsində yapon rəqsi, musiqiləri, səhnəciklər, yapon döyüş sənəti, oyunlar, yarışlar, oriqami, suşi və digər maraqlı əyləncəli oyunlar nümayiş ediləcək.

AZƏRTAC “Made in Japan”ın “facebook” səhifəsinə istinadla bildirir ki, tədbirin təşkil olunmasında məqsəd Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq və onlara yapon mədəniyyəti haqqında daha çox məlumat verməkdən ibarətdir.

Qeyd edək ki, tədbirə giriş ödənişsizdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.