CƏMİYYƏT
Bakıda “Yeni ilə əl-ələ” sosial aksiyası təşkil edib VİDEO
Bakı, 27 dekabr, AZƏRTAC
Fəaliyyətə başlamasının bir illiyini qeyd edən “ASAN Radio” “Caspian Development Bank”la birlikdə dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində “Yeni ilə əl-ələ” adlı sosial aksiya keçirib.
Tədbirdə rəsmi şəxslər, ictimaiyyətin nümayəndələri, həmçinin xüsusi qayğıya ehtiyacı olan insanlar iştirak ediblər.
“ASAN Radio”nun direktoru Emin Musəvi çıxış edərək bildirib ki, aksiyanın məqsədi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət ayırmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir. O, dövlət tərəfindən himayəyə götürülən, xüsusi təyinatlı müəssisələrdən dəvət olunan tədbir iştirakçılarına təşkilatçılar tərəfindən hədiyyələr veriləcəyini vurğulayıb.
ASAN könüllülərinin də yaxından dəstək göstərdiyi sosial aksiya incəsənət nümayəndələrinin konsert proqramı ilə davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]