MƏDƏNİYYƏT


Bakıda Yoqa Festivalı keçiriləcək

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 21-də Bakıda - İçərişəhərdə Ümumdünya Yoqa Günü çərçivəsində yoqa festivalı təşkil olunacaq. Hindistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək festivalda paytaxtın sakinləri və qonaqları üçün yoqanın müxtəlif istiqamətləri üzrə məşğələlərlə yanaşı, yoqanın tarixi və sağlam həyat tərzi haqqında mühazirələrin oxunacağı da nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Hindistanın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, festival çərçivəsində iyunun 24-də Sumqayıtda, 25-də isə Suraxanı “Atəşgah”ında müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Festival sağlam həyat tərzini və fəal istirahət mədəniyyətini təbliğ etmək, arzu edənlərin yoqanın müxtəlif istiqamətləri ilə tanış olmasına şərait yaratmaq, bu cərəyan haqqında ətraflı informasiya almaq məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.