Xəzər Universitetində Şekspirin dünya mədəniyyəti və təhsildə rolu barədə müzakirələr aparılıb
Bakı, 22 aprel, Xatirə Cəfərova, AZƏRTAC
Dahi şair və dramaturq Uilyam Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar həyata keçirilən “Shakespeare Lives” tədbirlər proqramı çərçivəsində aprelin 22-də Bakıda "British Council" və Xəzər Universitetinin təşkilatçılığı ilə "Şekspir dünyada” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı və Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq Şekspirin Avropa teatr və sənətinin, ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışıblar.
Qeyd olunub ki, bütün dünyada yubileyi qeyd olunan Uilyam Şekspir həm komediya, həm də faciə janrlarında eyni dərəcədə uğur qazanan nadir dramaturqlardandır. Onun “Hamlet”, “Otello”, “Romeo və Cülyetta”, “Maqbet”, “Kral Lir” kimi əsərləri dünya ədəbiyyatının nadir inciləri sırasındadır. Şekspirin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub, dramları isə dünyanın əksər teatrlarında tamaşaya qoyulub.
Vurğulanıb ki, Azərbaycan teatrının inkişafında Şekspirin əsərlərinin səhnələşdirilməsi müstəsna rol oynayıb. Görkəmli Azərbaycan yazıçı və dramaturqları onun faciə və komediyalarını dəfələrlə Azərbaycan dilinə tərcümə ediblər.
Konfransda Şekspirin dünya mədəniyyəti və təhsildə rolu barədə müzakirələr aparılıb.
Tədbirdə Britaniya, Azərbaycan və Gürcüstandan olan akademik işçilər və tədqiqatçılar tərəfindən Şekpirin yaradıcılığına dair təqdimatlar edilib, film və qısa dram səhnələri nümayiş olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.02.2026 [12:11]
Paytaxt məktəblərində “Oxu dəqiqələri” keçirilir
- 13.02.2026 [12:06]
Folklorşünas-alim Elxan Məmmədlinin 80 illiyi qeyd olunub
- 13.02.2026 [11:38]
“Böyük Zəfərin qəhrəmanları” kataloqu təqdim olunub
- 13.02.2026 [10:52]
Azərbaycanda sualtı arxeologiyanın 90 ili: keçmişdən bu günə
- 13.02.2026 [10:47]
Enerji potensialı rəqəmsal transformasiyanın əsas dayaqlarından biridir
- 13.02.2026 [01:26]
“Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Nəsillərə örnək sənət ömrü
- [11:35]
NBA: Lider öz meydanında uduzub
- [10:35]
Azərbaycan nefti ucuzlaşıb
- [10:04]
Tramp: İranla razılaşma əldə etməsək nəticəsi çox travmatik olacaq
- 12.02.2026 [23:26]
Rusiya Gürcüstan ilə dəmir yolu nəqliyyatını bərpa etmək istəyir
- 12.02.2026 [23:01]
Ayxan Abbasov: C Liqasına qayıdacağımıza inanıram
- 12.02.2026 [22:30]
Qahirədə WUF13-lə bağlı növbəti seminar keçirilib
- 12.02.2026 [22:07]
Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri müəyyənləşib
- 12.02.2026 [21:34]