Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda "WorldFood Azerbaijan 2016" və "CaspianAgro 2016" sərgiləri keçirilir

Bakı, 19 may, Ramiz Quliyev, Elvin Camalov, AZƏRTAC

Mayın 19-da Bakı Ekspo Mərkəzində XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2016" və X Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2016" sərgilərinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov belə nüfuzlu sərgilərdə Azərbaycan istehsalı olan məhsulların daha geniş miqyasda tanındığını, eyni zamanda dünya ölkələri və qonşu ölkələrdə istehsal edilən məhsulların, istifadə olunan yeni texnologiyaların nümayiş etdirildiyini bildirib. "Son illər dövlət başçısı qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı sahəsinin inkişafı üçün çox mühüm qərarlar verib. Məhz bunun nəticəsidir ki, artıq bir neçə ildir aqrar sektorda yeni münasibətlər formalaşıb. Nəticə olaraq ölkədə istehsal edilən məhsulların rəqabətədavamlılığı artıb, ixrac imkanları genişlənib. Bu da bütövlükdə milli miqyasda ölkənin ərzaq təhlükəsizliyi ilə təmin edilməsi ilə bərabər qlobal miqyasda da ərzaq təhlükəsizliyinin təmin edilməsinə bir töhfə rolunu oynayıb. Əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi, ictimaiyyətə və beynəlxalq işgüzar dairələrə çatdırılmasında belə sərgilərin təşkil olunması böyük əhəmiyyət kəsb edir. Təcrübə mübadiləsi baxımından da çox əhəmiyyətli olan bu sərgi vasitəsilə şirkətlər arasında əlaqələr qurulur, xarici tərəfdaşlar seçilir və qeyri-neft sektorunun inkişafı üçün sağlam addımlar atılır”, - deyə Heydər Əsədov bildirib.

Nazir qeyd edib ki, builki sərginin fərqli cəhətlərindən biri pambıqçılığın inkişafı məqsədilə qarşımızda qoyulan işlərə uyğun olaraq bir sıra texnikanın, mineral gübrələrin və bu sahədə inkişafa səbəb olacaq digər vasitələrin nümayişidir: "Yerli əhali tərəfindən bu informasiyanın mənimsənilməsi və öyrənilməsi, yerlərə ötürülməsi üçün 22 regionun bu sərgiyə səfəri təşkil olunması da nəzərdə tutulur. İlk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyi elektron kənd təsərrüfatı xidmətlərinin imkanlarını da pavilyonda nümayiş etdirir. Bu il sərgidə dünyanın 34 ölkəsini təmsil edən 313 şirkət iştirak edir ki, onun da 67 faizini xarici şirkətlərdir", - deyə nazir vurğulayıb.

"İteca Caspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov son illər Azərbaycanda kənd təsərrüfatı sektorunda mühüm islahatların aparıldığını, bunun sərgilərdə də öz əksini tapdığını diqqətə çatdırıb.

F.Məmmədov həmçinin bildirib ki, Bakı Ekspo Mərkəzində keçirilən builki sərgi şirkətlərin sayı baxımından ötənilkindən 11 faiz çoxdur. O, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “WorldFood Azerbaijan” sərgisinə yaxından dəstək göstərdiyinə görə, nazir Heydər Əsədova minnətdarlığını ifadə edib.

Sərginin ümumi ekspozisiyasında balıq, mal, qoyun və quş əti, çay və qəhvə, süd məhsulları, dondurulmuş qidalar, quru meyvələr, baqqaliyyə, qənnadı və un məmulatları, meyvə-tərəvəz məhsulları, konservlər, soyuducu sistemlər, çörəkxanalar üçün avadanlıqlar, qablaşdırma avadanlıqları və digər məhsullar təqdim olunur.

Artıq bir neçə ildir keçirilən “WorldFood Azerbaijan” sərgisi ilə eyni vaxtda Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya” “Ipack Caspian 2016” sərgisi “qablaşdırma” sektorunu təqdim edir. Bu il Azərbaycan, Belarus, BƏƏ, Türkiyə, Almaniya, Hindistan, İspaniya, İtaliya, Rusiya, Qazaxıstan və digər ölkələrin şirkətləri qablaşdırmanın istehsalı üçün lazımi dəzgah və avadanlıqları, habelə qablaşdırma materialları və hazır məhsulları, eləcə də etiketləmə məhsullarını təqdim edirlər. Onların arasında respublikamızın qida sənayesi üzrə aparıcı şirkətlərindən "Azərsun Holdinq", "Atena", "Gilan Holdinq", "Metak" da yer alıb. Ziyarətçilər Azərbaycanın "Amoris", “Buta Group" və "Modern Group" şirkətlərinin istehsalı olan süd və şirniyyat məhsulları, içkilər, soyuducu sistemlərlə də yaxından tanış olurlar.

Sərgidə eləcə də qablaşdırma istehsalı üçün qablaşdırma maşınları və avadanlıqları, məhsulların qablaşdırılması üçün texnoloji xətlər, qablaşdırma məmulatlarının istehsalı və layihə tərtibatı (dizaynı) üzrə maşın və avadanlıqlar, qablaşdırma və tara istehsalı üçün xammal və yarımfabrikatlar, qablaşdırma materialları və hazır məmulatlar, xidmət avadanlığı, komplektləşdirici hissələr və avtomatlaşdırma vasitələri və s. nümayiş olunur.

Sərgi çərçivəsində ilk dəfə olaraq qida məhsulları təchizatçılarının ticarət şəbəkələri və distribüterlərlə ikitərəfli görüşləri həyata keçiriləcək. Bu cür ikitərəfli görüşlər, istehsal şirkətlərinin rəhbərləri və pərakəndə satış nümayəndələri arasında şəxsi işgüzar əlaqələrin qurulmasına və ikitərəfli müqavilələrin imzalanmasına mühüm imkanlar yaradacaq.

Beynəlxalq sərgidə Ukraynanın "Vetropack" şirkəti də qablaşdırma materiallarını nümayiş etdirir. Şirkətin meneceri İrina Pinşuk AZƏRTAC-a müsahibəsində təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, yerli bazardan əlavə, Avropa ölkələri, eləcə də Azərbaycan şirkətləri ilə əməkdaşlıq edən "Vetropack" artıq 100 ildir bu sahə ilə məşğul olur. Şirkətin sutkalıq istehsal gücü 820 ton şüşə butulka təşkil edir. Bunlar əsasən pivə, araq, şampan və çaxır butulkalarıdır.

Menecer onu da əlavə edib ki, sərgidə iştirak etməkdə məqsəd Azərbaycan şirkətləri ilə tərəfdaşlıq əlaqələrini daha da genişləndirməkdir.

Sərgiyə Belarusdan gəlmiş "Neman" tütün fabrikinin məhsulları da ziyarətçilərin marağına səbəb olub. Fabrikin baş direktorun müavini Aleksandr Şaqun istehsal etdikləri məhsulun heç də xarici analoqlarından geri qalmadığını deyib.

Onun sözlərinə görə, fabrik istehsal etdiyi məhsulun keyfiyyətinə xüsusi önəm verir. Bu baxımdan "Neman"ın tütün məhsulları xarici ölkələrə də ixrac olunur. A.Şaqun bildirib ki, artıq sərginin fəaliyyət göstərdiyi ilk gün ərzində Azərbaycan və digər ölkələrlə tütünün ixracı ilə bağlı 6 razılaşma əldə edilib. Xammalı isə fabrik Azərbaycanla yanaşı, həm də tütün istehsal edən digər ölkələrdən alır.

Yerli şirkətlərdən olan “Azərsun Holding” şirkəti sərgidə böyük stendə malikdir. Azərbaycan alıcılarına yaxşı tanış olan bu məhsullar böyük çeşiddə stendin rəflərini bəzəyir. Holdingin meneceri Bəhruz Hüseynov şirkətin istehsal etdiyi konservləşdirilmiş məhsullarla bağlı bildirib ki, nar şirələri, cemlər, kompot, tomat pastaları, müxtəlif salatlar, turşular, yağlar və s. təbii və konservantsızdır, "Azərsun"un öz tarlalarında becərilən meyvə və tərəvəzlərdən hazırlanır. Şirkətin təmsilçisinin sözlərinə görə, bu məhsullar yerli bazardan başqa, dünyanın bir sıra ölkələrinə də göndərilir, təbii və sağlam qida olduğuna görə, böyük tələbata malikdir.

“WorldFood Azerbaijan" və "CaspianAgro" sərgiləri mayın 21-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir