MƏDƏNİYYƏT


Bakıda amerikalı gənc rəssamın əsərləri sərgilənəcək

Bakı, 27 iyun, AZƏRTAC

İyunun 30-da Bakıdakı “Art Tower” qalereyasında tanınmış amerikalı gənc rəssam Mətyu Sekutanın fərdi rəsm sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Arts Concil Azerbaijan” QHT-sinin təşkilatçılığı ilə keçiriləcək. Bu barədə AZƏRTAC-a “Arts Concil Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

Ekspozisiyada ABŞ və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair əsərlər yer alacaq.

Sərgi iyulun 10-dək davam edəcək.

Qeyd edək ki, Mətyu Sekuta ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın oğludur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.