REGİONLAR
Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək
Bakı, 30 sentyabr (AZƏRTAC). “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 1-dən 30-dək Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanda (metronun “28 May” stansiyasının yaxınlığında, keçmiş “Ayaqqabı fabriki”nin binası) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sərgi-satış yarmarkasının açılışı oktyabrın 1-də saat 12.00-da olacaqdır.
Yarmarkada 400 nəfərdən çox arıçı iştirak edəcək, satışa 200 tondan çox arıçılıq məhsulları çıxarılacaqdır. Satışa çıxarılacaq arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [12:39]
Şəkinin ipəkçilik laboratoriyasından reportaj
- 07.05.2024 [10:55]
Xınalığa qar yağır VİDEO
- 06.05.2024 [22:12]
Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib
- 06.05.2024 [21:05]
Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO
- 06.05.2024 [20:42]
Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub
- 06.05.2024 [18:18]