İDMAN


Bakıda atıcılıq idmanı üzrə Avropa çempionatı start götürüb

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də Bakıda atıcılıq idmanı üzrə Avropa çempionatı start götürüb.

AZƏRTAC xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda 43 ölkədən minə yaxın idmançı 79 dəst medal uğrunda mübarizəyə qoşulub.

Yarışın ilk günündə idmançılar 50 metr məsafəyə tapançadan atəş açma və stend atıcılığı üzrə yarışda çıxış edirlər.

Yığmamız 25, 50, 300 metr məsafədən hədəfi nişan alma, həmçinin stend atıcılığının bütün növləri üzrə yarışlarda təmsil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.