İDMAN


Bakıda atıcılıq üzrə Avropa çempionatında daha iki növ üzrə qaliblər müəyyənləşib

Bakı, 28 iyul, AZƏRTAC

Atıcılıq üzrə Avropa çempionatında daha iki növ üzrə qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, yeniyetmə qızların 10 metr məsafədən tapança ilə atəş açma yarışında Rusiya təmsilçisi Nadejda Koloda 232,5 xalla Avropa çempionu adını qazanıb.

Fransa idmançısı Kamilla Jedrzejevski 231,8 xalla gümüş, italiyalı Culia Kampostrini isə 209,9 xalla bürünc medala sahib olublar.

Yeniyetmə qızlar arasında 10 metr məsafədən tüfənglə atəş açma yarışında isə almaniyalı Cohanna Tripp fərqlənib. O, 249,6 xallıq nəticə ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun komanda yoldaşı Anna Canssen 248,6 xalla ikinci yeri tutub. İlk üçlüyü Finlandiya təmsilçisi Viivi Natalia Kempi tamamlayıb. Atıcı 223,1 xalla Avropa çempionatının bürünc medalını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.