İDMAN


Bakıda atletika üzrə beynəlxalq turnirin açılış mərasimi olub

Bakı, 27 yanvar, Həsrət Mahmudova, AZƏRTAC 

Yanvarın 27-də Respublika Olimpiya Mərkəzində SSRİ-nin və Azərbaycanın Əməkdar İdman Ustası Aleksandr Antipovun xatirəsinə həsr edilən beynəlxalq atletika turnirinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının baş katibi Fırat Hüseynov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva və Saxa Yakutiya Respublikasının Milli İdman Növləri Mərkəzinin əməkdaşı Maksim Oeqosturov idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıb, ölkəmizin irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıblar. Natiqlər A.Antipovun Azərbaycan atletikasına verdiyi töhfələr, qazandığı uğurlar barədə məlumat veriblər. Həmçinin respublikamızda idmanın bu növünün inkişafı istiqamətində görülən işlərdən danışıb, atletlərimizə uğurlar arzulayıblar.

İki gün davam edəcək yarışda Azərbaycan, Rusiya və Qazaxıstandan 40-dan çox idmançı birincilik uğrunda mübarizə aparır. 2000-ci il təvəllüdlü atletlər arasında təşkil olunan yarışda idmançılar uzunluğa, üçtəkanla və yakut tullanmaları üzrə yarışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.