İDMAN


Bakıda badminton üzrə məşqçilər üçün ixtisasartırma kursları keçirilib

Bakı, 31 yanvar, AZƏRTAC

Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə Bakıda badminton idman növü üzrə məşqçilər üçün "Coach Education Level 1 Expert Course" adlı təlim kursları keçirilib.

AZƏRTAC xəbər verir ki, üç gün davam edən kurslar məşqçilərin ixtisasının artırılması məqsədilə təşkil olunub.

Tədbirdə İsveç, İngiltərə, Almaniya, Hollandiya, Belarus və İspaniyadan olan mütəxəssislər iştirak ediblər. Təlimin ilk günü əsasən nəzəriyyədən, ikinci günü praktikadan, sonuncu gün isə imtahan və təlim iştirakçılarına sertifikatların təqdim edilməsindən ibarət olub.

Kursu uğurla bitirən iştirakçılar badminton müəllimi, badminton məsləhətçisi, birinci dərəcəli məşqçi və ya ekspert sertifikatı ilə təltif olunublar.

“Məşqçilərinixtisaslarının artırılması Dünya Badminton və Avropa Badminton federasiyaları üçün önəmlidir. 2012-ci ilin noyabr ayında Dünya Badminton Federasiyası tərəfindən I dərəcəli məşqçi kursuna start verilib, 2013-cü ilin dekabr ayında isə II dərəcəli məşqçi kursunun resursları istifadəyə buraxılıb. Badminton üzrə hər iki dərəcədə təhsil sisteminə treninq və məşq materialları daxildir. Kursun hər bir dərəcəsi məşqçilərin müvafiq bilik qazanması, bacarıq və ixtisasının artırılması üçün bir yoldur”, - deyə Azərbaycan Badminton Federasiyasının tədbirlər üzrə meneceri Zaur Bayramov qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.