İQTİSADİYYAT


Bakıda beşinci "CEO Lunch" keçiriləcək

Bakı, 22 iyun, AZƏRTAC

"Caspian European Club" və "Caspian American Club" iyulun 5-də fəxri qonaq qismində Azərbaycan Respublikası Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin iştirak edəcəyi beşinci "CEO Lunch" təşkil edəcək.

Bu barədə "Caspian European Club"dan AZƏRTAC-a verilən məlumatda bildirilir.

"Tədbirə, həmçinin Dövlət Miqrasiya Xidmətinin, Vergilər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikasının digər dövlət qurumlarının rəhbərliyinin nümayəndələri qatılacaqlar", - deyə "Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, "CEO Lunch" "networking"in aparıcı vasitəsi olan "CEO Lunch" şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və yeni əlaqələr qurmaq məqsədilə təşkil olunur.

Telman Əliyev xatırladıb ki, "Caspian European Club" və "Caspian American Club" Bakıda hər ayın üçüncü çərşənbə günü CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə "CEO Lunch" təşkil edir.

"Caspian Energy", "Caspian Energy Forum", "Caspian Energy Award", "Caspian Energy Club", "Caspian European Club", "Caspian Business Club", "Caspian American Club", "Caspian American Forum", "CEO", "CEO lunch", "Brand Award" və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və "Caspian Energy International Media Group"a məxsusdurlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.