MƏDƏNİYYƏT


Bakıda beynəlxalq dostluq festivalı təşkil olunub

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Gürcüstanın ölkəmizdəki səfirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq dostluq festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, festival Mərkəzi İncəsənət Məktəbi ilə “Harmony” gürcü folklor və klassik musiqisinin inkişafı cəmiyyətinin birgə təşəbbüsü ilə reallaşıb. Üç gün davam edəcək festivalin ilk günlərində seçim turları təşkil olunacaq. Seçim turlarında hər iki ölkənin musiqi məktəbi şagirdlərinin çıxışları dinləniləcək.

Noyabrın 27-də isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında seçim turlarından keçmiş şagirdlər yekun qala-konsert proqramı ilə çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.