ELM VƏ TƏHSİL
Bakıda beynəlxalq elmi seminar keçiriləcək
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin dəstəyi, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə mayın 25-dən 27-dək Bakıda “Qeyri-harmonik analiz və diferensial operatorlar” mövzusunda beynəlxalq seminar keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirin təşkilinin məqsədi yaxınlaşma nəzəriyyəsi, harmonik və qeyri-harmonik analiz, freymlər, optimal idarəetmə və diferensial tənliklər, diferensial operatorlar və spektral nəzəriyyə, qeyri-xətti xüsusi törəməli diferensial tənliklər, siqnalların emalı və tətbiqləri, riyazi modelləşdirmə istiqamətləri üzrə çalışan yerli və əcnəbi mütəxəssisləri bir yerə toplamaq, onlar arasında elmi əlaqələr yaratmaq və birgə tədqiqat işlərinin aparılmasına kömək etməkdir.