MƏDƏNİYYƏT


Bakıda beynəlxalq keramika üzrə duet-simpozium keçiriləcək

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də İçərişəhərdəki Keramika Mərkəzində “Arts Council Azerbaijan” təşkilatının və Keramika Mərkəzinin birgə layihəsi olan “Beynəlxalq keramika üzrə duet-simpozium” adlı layihənin təqdimatı olacaq.

AZƏRTAC xəbər verir ki, layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində gerçəkləşəcək.

Layihənin məqsədi müxtəlif ölkələrdən olan keramika ustalarının işlərini öyrənmək və təcrübə mübadiləsi aparmaqdır. Duet-simpozium həm palçıq palitrasına, həm də palçıq vulkanlarının sayına görə dünyada birinci yeri tutan Azərbaycanın qədim keramika istehsalı ənənələrini göstərmək baxımından böyük əhəmiyyət kəsb edir.

Keramika əsasında hazırlanan heykəltəraşlıq işləri klassik və avanqard üslubunda və müxtəlif formalarda ola bilər. Simpoziuma MDB-dən və dünyanın müxtəlif ölkələrindən peşəkar rəssamlar - keramika ustaları dəvət edilir. Duet-simpoziumların işləri əsasında müxtəlif növ və janrlarda müasir incəsənət əsərlərindən ibarət kolleksiya yaradılacaq.

Duet-simpoziumda Azərbaycandan keramika ustaları Mirteymur Məmmədov, Moldovadan Valentin Rusu iştirak edəcək.

Layihə noyabrın 2-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.