İQTİSADİYYAT


Bakıda bəzi avtobusların hərəkət istiqaməti bərpa olunub

A+ A

Bakı, 14 iyul, Elvin Camalov, AZƏRTAC

İyulun 14-də axşam saatlarında təmir işləri ilə əlaqədar Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində (Dakar meydanı) hərəkəti məhdudlaşdırılan avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq. Bunun üçün də 11-12-20-22-32-35-36-40-44-49-50-51-57-62-64-70-94-214 nömrəli marşrutlar həmin istiqamətdə hərəkətə yenidən başlayacaq.

Bu barədə AZƏRTAC-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.