CƏMİYYƏT


Bakıda bir binanın iki mənzilində yanğın baş verib

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, binanın 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 kvadratmetr olan 4 otaqlı mənzilin 2 otağının, hamamın və eyvanının yanar konstruksiyaları 38 kvadratmetr sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 50 kvadratmetr olan 2 otaqlı mənzilin eyvanında 1 ədəd rəf və 1 kvadratmetr sahədə tavan yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 00:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.