Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakıda birinci Azərbaycan-Belarus Beynəlxalq konfransı keçirilir

Bakı, 21 oktyabr, Kifayət Əliyeva, AZƏRTAC

Oktyabrın 21-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı ilə birinci Azərbaycan-Belarus Beynəlxalq konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra konfrans işini “Hyatt Regency” otelində davam etdirib. Əvvəlcə iştirakçılar elmi-tədqiqat layihələrini müasir və keyfiyyətli elmi cihaz, avadanlıq, qurğu, məmulat, informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlığı və s. ilə təmin edən bir sıra yerli və xarici şirkətlərin sərgisi ilə tanış olublar.

Plenar iclasda Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev beynəlxalq konfransın məqsədi və iki ölkə üçün əhəmiyyətindən danışıb. Bildirilib ki, tədbirin keçirilməsinin məqsədi birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində yerinə yetirilən elmi-tədqiqat layihələri üzrə bir il ərzində əldə olunmuş elmi nəticələri təhlil etmək, monitorinq xarakterli müzakirələr aparmaq, birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri üzrə məsləhət və tövsiyələr verməkdir.

E.Babayev qeyd edib ki, birinci Azərbaycan-Belarus Beynəlxalq konfransı iki ölkə arasında elmi səviyyədə qarşılıqlı əməkdaşlığın sürətlə inkişaf etdiyini bir daha təsdiqləyir. Belə tədbirlərin tez-tez keçirilməsi nəzərdə tutulur. Tədbirdə müxtəlif elm sahələrinin əhatə olunması qarşıya məqsəd qoyulduğu üçün konfransa konkret deyil, ümumi ad verilib. Bildirilib ki, konfransda birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində yerinə yetirilən elmi-tədqiqat layihələri üzrə bir il ərzində əldə olunan elmi nəticələrlə bağlı məruzə dinləniləcək, müzakirələr aparılacaq. Həmçinin birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri, konkret sahələr üzrə məsləhət və tövsiyələr veriləcək.

İki ölkənin müvafiq qurumları arasında səmərəli və sıx əməkdaşlığın yarandığını vurğulayan E.Babayev bildirib ki, rəhbərlik etdiyi qurumun işinin təşkilində Belarus Respublikası Fundamental Tədqiqatlar Fondunun (BRFTF) böyük təcrübəsinin öyrənilməsi çox səmərəli nəticələr verib. Belə konfransların Belarusda da təşkili məqsədəuyğun olardı.

EİF-in icraçı direktoru diqqətə çatdırıb ki, 2009-cu ildə yaradılmış Elmin İnkişafı Fondunun bu gün beş yaşı tamam olur. Ötən illərdə bir çox nailiyyətlər qazanan bu qurum ildən-ilə beynəlxalq əlaqələrini genişləndirir, keçirdiyi müsabiqələrin formatını zənginləşdirir. Fondun fəaliyyəti müddətində 18 müsabiqə üzrə 329 layihə qalib elan olunub. Bu layihələrin maliyyələşdirilməsinə ümumilikdə 25 milyon manata yaxın vəsait ayrılıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), təhsil müəssisələri, nazirliklərin strukturunda fəaliyyət göstərən elmi-tədqiqat institutları və QHT-lərdən yüzlərlə alim və mütəxəssis bu qrantlardan bəhrələnib. Nəticədə dünyanın nüfuzlu elmi jurnallarında Elmin İnkişafı Fondunun qrantlarına istinad edilən məqalələrin sayı durmadan artır. Fond tədqiqatların modern cihaz təminatına və xaricdə kadr hazırlığına, gənc alimlərə xüsusi diqqət yetirir. Elmin İnkişafı Fondu ilin sonunadək müxtəlif istiqamətlər üzrə daha beş müsabiqənin elan edilməsini planlaşdırır.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə iki ölkə alimlərinin əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edən konfransın xüsusi əhəmiyyətini qeyd edib, onun işinə uğurlar arzulayıb. Bu cür tədbirlərin Azərbaycan-Belarus münasibətlərinin inkişafına mühüm töhfə olduğunu diqqətə çatdıran AMEA-nın prezidenti birgə beynəlxalq forumun keçirilməsinin vacibliyini vurğulayıb.

Elmin İnkişafı Fondunun fəaliyyətini və beş ildə gördüyü işləri yüksək qiymətləndirən A.Əlizadə kollektivi yubiley münasibətilə təbrik edib. Fondun icraçı direktoru E.Babayevə AMEA rəyasət heyətinin fəxri fərmanı təqdim olunub.

Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç iki ölkə alimlərinin əməkdaşlığını yüksək qiymətləndirib. Səfir bu cur görüşlərin elmin daha sürətli inkişafına və dünya elminə inteqrasiyasına yol açdığını xüsusi vurğulayıb.

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov Bakıda keçirilən tədbirin hər iki ölkə üçün əhəmiyyətindən, təmsil etdiyi qurum ilə EİF-in əməkdaşlığından, birgə həyata keçirilən layihələrdən danışıb.

BRFTF-nin icraçı direktoru Valenrtin Orloviç bildirib ki, konfransdan əvvəl rəhbərlik etdiyi qurum ilə EİF-in birgə qrant komissiyasının iclası keçirilib. İclasda ikinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin təşkili və keçirilməsi üzrə məsləhətləşmələr aparılıb, müsabiqənin prioritetləri, keçirilmə tarixi, ekspertiza işinin təşkili ilə bağlı məsələlər müzakirə olunaraq razılaşdırılıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Fizika İnstitutunun direktoru, professor Nazim Məmmədov, Belarus Milli Elmlər Akademiyası (BMEA) Fizika İnstitutunun direktoru, BMEA-nın müxbir üzvü Sergey Qaponenko və başqaları iki ölkə alimlərinin son illərdə əldə etdikləri elmi nailiyyətlərdən, təcrübə mübadiləsi üçün belə tədbirlərin əhəmiyyətindən danışıblar.

Konfransda ikinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsi elan edilib.

Daha sonra konfrans işini “Elmi tədqiqatların qrant maliyyələşməsi”, “Elmi tədqiqatların instrumental bazası” və “Birgə tədqiqatların nəticələri və perspektivləri” bölmələrində davam etdirib. Bölmə iclaslarında iki ölkə alimlərinin müasir dövrün prioritet məsələlərindən olan nanoquruluşlara, yeni materiallara, həmçinin atmosfer ekologiyasına, fizikanın digər aktual məsələlərinə həsr edilən məruzələri dinlənilib.

Birinci Azərbaycan-Belarus Beynəlxalq konfransı işini oktyabrın 22-də dörd bölmədə iclaslarla davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb