İDMAN


Bakıda boks üzrə beynəlxalq turnirin qalibləri müəyyənləşib

Bakı, 27 dekabr, AZƏRTAC 

Azərbaycan boksunun yaradıcılarından hesab olunan Abbas Ağalarovun xatirəsinə həsr olunan və ənənəvi keçirilən gənclərin beynəlxalq turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Boks Mərkəzində 6 ölkədən 80-ə yaxın boksçunun iştirak etdiyi turnirin həlledici mərhələsində 10 çəki dərəcəsinin 7-də azərbaycanlı idmançı çempionluq uğrunda döyüşüb.

Turnirdə Nəbi İsgəndərov (49 kq), Quja Mekbavişvili (52 kq, Gürcüstan), Alibek Jarkinbek (56 kq, Qazaxıstan), Sayad Lalayev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Zurab Menabdişvili (69 kq, Gürcüstan), Amin Kuşkov (75 kq, Rusiya), İsmayıl Yaqubov (81 kq), Elbrus Əkbərov (91 kq) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) çempion olublar.

Turnirin ən yaxşı idmançısı, vaxtilə 57 kiloqram çəkidə döyüşmüş Abbas Ağalarovun xatirəsinə görə, məhz 56 kq çəkili idmançılar arasından seçilib. Bu, qazaxıstanlı Alibek Jarkinbek olub.

Qeyd edək ki, yarışın yekununa əsasən, Azərbaycan komandası birinci, Qazaxıstan idmançıları ikinci, Gürcüstan boksçuları isə üçüncü yerə çıxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.