İQTİSADİYYAT


Bakıda daşınar əmlakın yüklülüyü ilə bağlı müzakirələr aparılacaq

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Sentyabrın 14-də Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) birgə təşkilatçılığı ilə "Azərbaycanda maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri layihəsi" çərçivəsində "Daşınar əmlakın yüklülüyü islahatı" adlı konfrans keçiriləcək.

AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, konfransda daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmə (təminatlı əqdlər) sahəsində islahata olan zəruriyyət, hazırlanmış qanun layihəsinin vacib müddəaları, uğurlu xarici təcrübənin ölkəmizdə tətbiqi barədə təqdimatlar olacaq.

Qeyd edək ki, daşınar əmlakın girov kimi göstərilməsində məqsəd orta və kiçik sahibkarlara kreditlərin verilməsini rahatlaşdırmaq, ödəmə qabiliyyəti olan, amma girov qismində daşınmaz əmlaka sahib olmayan şəxslər üçün yeni imkanlar yaratmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.