MƏDƏNİYYƏT


Bakıda dünya şöhrətli yazıçı Valter Skotta həsr olunmuş tədbir

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

Səbail rayon MKS-nin 3 saylı filialında dünya şöhrətli ingilis yazıçı Valter Skottun anadan olmasının 245 illiyinə həsr olunmuş “Tarixi roman janrının banisi” adlı tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Tədbirin təşkil olunmasında məqsəd yerli oxucuları dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı ilə tanış etməkdən ibarətdir.

Tədbirdə oxuculara məlumat verilib ki, yaradıcılığa XVIII əsrin 90-ci illərində poeziya ilə başlamış yazıçı 1802-ci ildə “Şotlandiyanın sərhəd nəğmələrində” adlı xalq nəğmələri kitabını çap etdirib. Bu topludan sonra yazıçı romantik poemalar yazmaq qərarına gəlib.

Tarixi roman janrının yaradıcısı olan ədib otuzdan çox roman və povestin müəllifi kimi dünyada tanınır. Mühüm sosial-tarixi konfliktlər, xalqın və dövlətin taleyi, cəmiyyətin inkişafı, milli və sinfi mübarizə problemləri ilə bağlılıq V.Skottun tarixi romanlarının əsas xüsusiyyətlərindən sayılır.

Diqqətə çatdırılıb ki, V.Skottun yaradıcılığı Avropa və Amerika ədəbiyyatında sosial roman janrının inkişafına güclü təsir göstərib.

Sonda oxucular yazıçının əsərləri ilə yaxından tanış olma imkanı əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.